Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nəcməddin Sadıqovu Xanlar rayonunda döymüşəm" - Partiya sədrindən iddia

“O, Rusiyanın bir nömrəli agentidir”.

Bu sözləri sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqov haqqında danışarkən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev Nəcməddin Sadıqovu döydüyünü iddia edib:

“Nəcməddin Sadıqov Azərbaycan xalqına xəyanət etmiş bir insandır. Ermənilərin toropaqlarımızı işğal etməsində, faciələrimizin hamısında Nəcməddin Sadıqovun rolu var.

Mən Nəcməddin Sadıqovu bizim hakimiyyətimiz dövründən tanıyıram. O vaxt Kəlbəcər rus-erməni qoşunları tərəfindən işğal ediləndə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri idim. Xanlarda (İndiki Göygöl rayonu – red.) Kəlbəcər camaatının yerbəyer edilməsi üçün qərargah yaradılmışdı. Onda Sadıqov sıravi işçi idi. Nəcməddin Sadıqovu Xanlar rayonunda döymüşəm. Hərbçilərimiz Murov dağında pis gündə idilər. Ayaqları suyun içində, üzlərini qırxmamışdılar-filan. Nəcməddin Sadıqov əsgərləri döyəndə mən də onu döydüm. O vaxtı mənim nazir səlahiyyətindən böyük vəzifəm var idi. Mən elə o vaxtdan tanıyıram onu. O, Rusiyanın agentidir. Nəcməddin Sadıqov təcili şəkildə həbs edilməlidir”.

N.Sadıqovun qəzaya düşməsi barədə məlumata reaksiya verən partiya sədri bildirib ki, Müdafiə Nazirliyindəki həbslərə sabiq BQR-lə başlamaq lazım idi:

“İndi də qəzaya düşüb. Allah eləyəydi, heç sağ çıxmayaydı. Maşınından da 10 min dollar çıxıb. Bu onun üçün xırda bir şeydir. Silah, insan alveri, torpaqların satılması ilə məşğul olub və milyardları var. Bu milyardlar onun əlindən alınmalıdır. Bu gün Müdafiə Nazirliyində həbslər başlayıb. Hesab edirəm ki, birinci Nəcməddin Sadıqovdan başlamalı idilər. Nə qədər ki belə insanlar var, demək, dövlətimizə qarşı təhlükə də qalır. Əlimdə ciddi faktlar var. Ramiz Mehdiyevin də Nəcməddin Sadıqovla çox böyük əlaqələri var. Onlar yaralanıblar, indi də heyfini çıxmaq istəyirlər. Məqsəd odur ki, hərbidə anarxiya yaratsınlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar